Nov 30, 2023 | 16:42 Görüşlər
Səttar Bəhlulzadə adına Xarici Dillər Gimnaziyasının fizika müəllimi Tünzalə Rəsulovanın rəhbərliyi ilə məktəbin XI (İT) sinif şagirdləri Tunar Xankişizadə və Mənsurə Həsənzadə “Sabahın alimləri” müsabiqəsi çərçivəsində “zəlzələ məlumatvericisi” mövzusunda hazırlamaq istədikləri layihə ilə bağlı AMEA nəzdində RespublikaSeysmoloji Xidmət Mərkəzində olublar.
Əvvəlcə qonaqlaraRSXM-nin Zəlzələlərin tədqiqatı bürosunun rəisi Yer elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova RSXM-nin seysmik stansiyalar şəbəkəsi, seysmik stansiyalardan gələn siqnalların qəbulu və emalı prosesi, eləcə də Mərkəzdə aparılan kompleks geofiziki-seysmoloji tədqiqatlar haqqında ətraflı məlumat verib.
Məktəblilər həm də seysmik cihaz və avadanlıqlarla tanış olublar. RSXM-nin əməkdaşı Azər Zahidov məktəblilərə seysmik cihaz və avadanlıqların iş prinsipi haqqında məlumat verib. Azər Zahidov həmçinin onu da bildirib ki, hazırda dünyada zəlzələlərin dəqiq proqnozu yoxdur. Ona görə də əvvəlcədən hansısa ərazidə zəlzələ baş verəcəyinə dair dəqiq proqnoz vermək mümkün deyil.