AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
RSXM-də seysmik stansiya rəhbərlərinin iştirakı ilə iclas keçirilib
Dec 21, 2023 | 16:36 Konfranslar, iclaslar

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) seysmik stansiya rəhbərləri və əməkdaşlarının iştirakı ilə iclas keçirilib.

RSXM-nin baş direktoru AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli bildirib ki, iclasın keçirilməsində əsas məqsəd 2023-cü il ərzində seysmik stansiyaların gördüyü işlərin müzakirə olunması, eləcə də stansiyaların əməkdaşlarının cihaz və avadanlıqların iş prinspi ilə bağlı texniki məlumatlandırılmasına dair treninqin keçirilməsidir.

2023-cü ildə Azərbaycan ərazisində baş vermiş zəlzələlər haqqında danışan baş direktor bildirib ki, seysmik stansiyalar “real vaxt” rejimində işlədiyinə görə stansiyalar tərəfindən qeydə alınan məlumatlar zəlzələlərin tədqiqatı bürosuna birbaşa ötürülür və bundan sonra emala yönəldilir.

Baş direktor Qurban Yetirmişli həmçinin iş prosesində ortaya çıxa biləcək hər hansı texniki problemlərin qarşısının alınması üçün əvvəlcədən zəruri tədbirlərin görülməsinin vacibliyini vurğulayıb və Azərbaycan seysmoloqlarının qarşısında duran vəzifələr haqqında da danışıb.

Mərkəzin Qarabağda da seysmik tədqiqatlara başlayacağını qeyd edən baş direktor Şuşa seysmik stansiyasının quraşdırılması istiqamətində texniki işlərin davam etdirildiyni vurgulayıb.

2024-cü il fevral ayının 7-də Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçiriləcəyini deyən professor Qurban Yetirmişli Azərbaycan seysmoloqlarının birmənalı şəkildə Prezident İlham Əliyevin namizədliyini dəstəklədiyini qeyd edərək, bütün əməkdaşları seçkilərdə aktiv olmaga çağırıb. 7 fevral növbədənkənar prezident seçkilərinin Zəfər seçkisi olacağını bildirən baş direktor seçkilərin bütöv Azərbaycan ərazisində, Qarabağda da keçiriləcəyini deyib. RSXM-nin baş direktoru hər birimizin yaşadığı şanlı qələbəyə görə Ali Baş Komandan, Prezident İlham Əlyevə, Azərbaycan ordusunun əsgər və zabitlərinə, şəhidlərimizə və qazilərmizə minnətdar olduğumuzu  bildirib.

İclasda RSXM-nin baş mühəndisi Ramiz İskəndərov seysmik stansiyalarda görülmüş texniki işlər, aparılmış tikinti-təmir işləri haqqında məlumat verib. Həmçinin zəlzələlərin tədqiqatı bürosunun rəisi yer elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova və seysmik stansiya rəhbərləri çıxış edərək görülmüş işlərlə bağlı fikir və təkliflərini bildiriblər.

Qeyd edək ki, seysmik stansiyalarn rəhbərləri və əməkdaşları üçün keçirilən treninq dekabrın 22-də başa çatacaq.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023