AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Coğrafiyaçı alim elmi seminarda fəlakətli hadisələrlə bağlı məruzə edib
Dec 29, 2023 | 17:25 Konfranslar, iclaslar

Elm və Təhsil Nazirliyi akademik H.Əliyev adına Coğrafiya İnstitutunun elmi seminarında “Geomorfologiya və təbii risklər” şöbəsinin baş elmi işçisi coğrafiya elmləri doktoru, dosent Starə Tarixazərin İnstitut əməkdaşlarının Qazaxıstanın Almatı şəhərində keçilən Beynəlxalq elmi-praktiki konfransda iştirakı barədə məruzəsi dinlənilib.

“Sel axınının təhlükəsizliyi - Kazsolezaşçitanın 50 illik fəaliyyəti: mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən dövlət səviyyəsində keçirilən tədbirdə Stara Tarixazər salamlama nitqi ilə çıxış edib. Sel hadisələrinin öyrənilməsinin Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan alim ölkəmizdə təbii fəlakət risklərinin müəyyən edilməsini, risklərə uyğun tədbirlərin hazırlanmasını, onların təsirini aradan qaldırmaq və ya azaltmaq üçün yeni üsulların tətbiq edildiyini diqqətə çatdırıb. O bildirib ki, fəlakətli hadisələrlə bağlı statistik məlumatlar 20-ci əsrin sonunda, 21-ci əsrin əvvəllərində demək olar ki, hər 100 min insanın təbii fəlakətlərdən həlak olduğunu  göstərir. Yəni, son 100 ildə dünyada hər il 16 min insan ölür. Son bir neçə ildə təbii fəlakətlərdən dəymiş maddi ziyan 300 milyard dollardan çox olmuşdur. Bu gün ölkələrin davamlı inkişafının ən mühüm amillərindən biri fəlakət riskinin azaldılmasına xüsusi yerin ayrılmasıdır.

O, çıxışında 30 ilə yaxın müddətdə işğal altında qalan 20% Azərbaycan torpaqlarının 44 günə azad edildiyini, bu ilin sentyabrında 23 saat ərzində başa çatan əməliyyat nəticəsində ölkəmizin öz suverenliyini və konstitusiya quruluşunu tamamilə bərpa etdiyini qeyd edib, Azərbaycanın azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işləri apardığını və bütün bunların respublikamızda gedən genişmiqyaslı islahatlarla bağlı olduğunu xüsusi qürurla vurğulayıb.

Sonra S.Tarixazər “Girdimançay və Ağsuçay çaylarının sel meylli hövzələrinin sürüşməyə həssaslığının qiymətləndirilməsi üçün kəmiyyət üsullarının tətbiqi” mövzusunda məruzə edib. 

Coğrafiyaçi alim ölkədə təbii fəlakət risklərinin təsirinin aradan qaldırılması və ya azaldılması üçün yeni üsulların tətbiq edildiyini diqqətə çatdırıb. Bildirilibki, CİS əsasında statistik modellərdən istifadə edilməklə sürüşməyə həssaslıq xəritələrini tərtib edilib. Sonra isə fəza analitik tənliklərinin istifadəsi ilə seçilmiş amillərin təhlilinin nəticəsi birləşdirilərək həssaslığın qiymətləndirilməsi aparılmışdır.

Azərbaycanlı alimin çıxışları konfrans iştirakçıları tərəfindən yüksək qiymətləndirilib və iştirakçı bəzi təşkilatlarla Coğrafiya İnstitutu arasında əməkdaşlığın gələcək perspektivləri nəzərdən keçirilib.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023