Jan 11, 2024 | 15:50 Mühüm hadisələr
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin ABŞ-ın “Coursera” şirkəti ilə əməkdaşlığı çərçivəsində AMEA-nın Elektron Akademiya şöbəsinin təşkilatçılığı ilə “4Sİ Akademiyası” layihəsinə uyğun keçirilən təlimlər başa çatıb.
Təlimlərdə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşlarıı - İnsan resursları şöbəsinin müdiri Fəridə Axundova, Elektron Xidmətlər şöbəsinin müdiri Vüsalə Rafiqqızı, şöbənin böyük elmi işçisi Altay Cəfərov və redaktoru Nuranə Məmmədova, Sənədlərlə iş şöbəsinin əməkdaşı Ruqiyyə Hüseynova iştirak ediblər.
RSXM əməkdaşları “4Sİ Akademiyası” layihəsi çərçivəsində Süni intellekt, İnsan resurslarının idarəedilməsi, Strateji idarəetmə, Süni intellektin etikası və tətbiqi nəticəsində yarana biləcək hüquqi məsələlər, İnnovasiya üçün dizayn, Uğurlu təqdimat, Aparıcı Komandalar: Effektiv Komanda Mədəniyyətlərinin Yaradılması, Vasitəçilik və Münaqişələrin Həlli, Proqram Prosesləri və Çevik Təcrübələr, Hekayənin izahı və təsir: Təsirlə ünsiyyət, Google Slides ilə məlumatlandırıcı təqdimatlar, Tədqiqat Dizaynı:Sorğu və Kəşf, Facebook Marketinqi ilə Biznes Mövcudluğunun qurulması, Multimedia Texnologiyaları, İnnovasiyaların İdarə Edilməsi, Beynəlxalq təşkilatların idarə edilməsi, Beynəlxalq Biznes üçün İdarəetmə Bacarıqları, HTML5-ə giriş, Canva istifadə edərək Peşəkar təqdimatın yaradılması, Eksperimental Dizayn Əsasları, İnformasiya Savadlılığı, Maşın Öyrənmə Əsasları: Case Study yanaşması, Cavab verən Vebsayt Əsasları: HTML, CSS və JavaScript ilə kod, Business Model Canvas ilə yeniliklər və s. istiqamətlərdə kurslar oxuyaraq sertifikatlar qazanıblar. Elektron Xidmətlər şöbəsinin müdiri Vüsalə Rafiqqızı kurs çərçivəsində 3 istiqamətdə layihə proqramları üzrə 32, on sertifikat, iki sertifikat, Elektron xidmətlər şöbəsinin böyük elmi işçisi Altay Cəfərov isə “AI for Everyone” layihəsi üzrə bir sertifikat qazanıb.
Ümumilikdə RSXM əməkdaşları “4Sİ Akademiyası” layihəsi çərçivəsində 48 sertifikat qazanıblar.