AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Oksford Universitetinin professoru Bakıda səfərdədir
Jan 15, 2024 | 16:59 Görüşlər

Böyük Britaniyanın Oksford Universitetinin professoru Riçhard Voalker Azərbaycanda səfərdədir. 

Yanvarın 15-də qonaq AMEA-nın vitse-prezidenti Yer Elmləri bölməsinin rəhbəri, akademik İbrahim Quliyev və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru  AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli ilə görüşüb. Görüşdə “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova və “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri Telman Cəfərov da iştirak ediblər. 

Müzakirələr zamanı Böyük Britaniyanın Oksford Universiteti ilə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi arasında ikitərəfli əməkdaşlıq məsələləri, eləcə də birgə elmi tədqiqatların aparılması və layihələrin həyata keçirilməsi kimi məsələlərə toxunulub.

Görüşdə həmçinin Böyük Britaniyanın Oksford Universiteti və RSXM əməkdaşlarının ötən il Salyan və Göyçay rayonlarında birgə apardıqları tədqiqatlar zamanı qazılmış xəndəklərdən götürülmüş nümunələr əsasında alınmış paleoseysmloji nəticələr müzakirə olunub. 

Görüşdə maraq doğuran bir sıra məsələlərə də aydınlıq gətirilib, xatirə şəkli çəkilib və qonağa hədiyyə təqdim olunub.

Qeyd edək ki, ikitərəfli əlaqələrin daha da genişləndirilməsi məqsədilə bu ilin aprel ayında Azərbaycan nümayəndə heyətinin Oksford Universitetinə tanışlıq səfəri nəzərdə tutulur. 

 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023