Feb 09, 2024 | 16:14 Konfranslar, iclaslar
AR Elm və Təhsil Nazirliyi akademik H.Əliyev adına Coğrafiya İnstitutu Həmkarlar təşkilatının hesabat-seçki yığıncağı keçirilib.
Tədbirdə Təhsil İşçiləri Azad Həmkarlar Təşkilatının nümayəndəsi Məmməd Məmmədov iştirak edib.
İclasa sədrlik edən professor Rza Mahmudov gündəlikdəki məsələlərlə iştirakçıları tanış etdikdən sonra İnstitut Həmkarlar Təşkilatının sədri dosent Habil Haqverdiyev 2017-2023-cü illər üçün hesabat məruzəsi ilə çıxış edərək təşkilatın qərar layihəsini təqdim edib.
İştirakçılar uzun illər HİT sədri vəzifəsini uğurla yerinə yetirən H.Haqverdiyevin işini müsbət qiymətləndiriblər və ona cansağlığı arzu ediblər. Hesabat məqbul hesab olunaraq qəbul edilib, həmçinin qərar layihəsi təsdiqlənib.
Sonra gizli səsvermə yolu ilə İnstitutun Xəzər dənizi hidrometeorologiyası şöbəsinin elmi işçisi Kamran Ramazanlı Təşkilata yeni sədr seçilib. Daha sonra açıq səsvermə yolu ilə HİT-in idarə heyətinin 7 nəfərdən ibarət yeni üzvü seçilib.