Hidroloq alim İTV-nin qonağı olub
Feb 20, 2024 | 17:20 Müsahibələr, çıxışlar
Feb 20, 2024 | 17:20 Müsahibələr, çıxışlar
Elm və Təhsil Nazirliyi akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri c.e.d., professor Rza Mahmudov İTV-nin “Sabahın xeyir, Azərbaycan” proqramının qonağı olub.
Xəzər dənizinə həsr edilmiş verilişdə maraqlı faktlar səsləndirən professor Xəzər dənizinin səviyyə problemləri, iqlim dəyişmələrinin Xəzərin səviyyəsinə və qarşılıqlı olaraq Xəzərin iqlim dəyişmələrinə təsiri, tarixən insanların həyat şəraitinin formalaşmasında Xəzərin rolu, onun su balansı, iqtisadiyyat, nəqliyyat və s. əhəmiyyəti, monitorinqlərin aparılması, COP 29 və digər məsələlərə toxunub.