Mar 04, 2024 | 09:41 Görüşlər
Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutu ilə Bakı Dövlət Universiteti arasında bağlanmış əməkdaşlıq müqaviləsinə əsasən hər il olduğu kimi, bu il də Universitet tələbələri istehsalat təcrübəsi keçmək üçün Coğrafiya İnstitutuna gəliblər.
Fevralın 21-dən etibarən təcrübəyə başlamış Coğrafiya fakültəsinin 55 nəfərdən ibarət buraxılış kurs tələbəsi mayın 24-dək İnstitutun müvafiq şöbələrində istehsalat təcrübəsi keçəcək, təhsil müəssisəsində əldə etdikləri bilikləri təcrübi olaraq təkmilləşdirəcəklər.
Tələbələr İnstitutun şöbə və bölmələri, elmi kitabxanası, laboratoriyaları ilə tanış olub, təcrübənin proqramı, görüləcək işlər, müəssisənin strukturu, məşğul olduğu elmi sahələr, İnstitutda aparılan elmi tədqiqat işləri, elmi nailiyyətlər, korifey alimlər, coğrafi problemlər və s. haqqında Təhsil şöbəsinin müdiri dosent Müseyib Yunusov və elmi katib dosent Zərnurə Həmidovdan dəyərli məlumatlar alıblar, verdikləri tövsiyələri dinləyiblər.
3 ay sürən təcrübə müddətində tələbələr tanınmış alimlərin mühazirələrini dinləyəcək, coğrafi bilik və bacarıqlarını artıracaqlar.