AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Respublika Seysmoloji Xidmət Mərkəzi “Açiq Qapı” Günü Keçirəcək
Mar 19, 2024 | 11:46 Mühüm hadisələr

Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2018-ci il tarixli Sərəncamına əsasən hər il martın 27-i Azərbaycanda “Elm Günü” kimi qeyd olunur. Müvafiq olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində ölkəmizdə aparılan kompleks seysmoloji-geofiziki-geokimyəvi tədqiqatlarla bağlı müxtəlif tədbirlər keçirilir. Belə ki, RSXM martın 2-də saat 11:00-da “Açıq qapı” günü reallaşdıracaq. Tədbirdə 1902-ci ildən bu günə qədər Azərbaycan ərazisində  aparılan tədqiqatlarda istifadə olunan  seysmoloji və geofiziki cihazlar nümayiş etdiriləcək. 

Son yüz ildə Azərbaycan seysmologiyasının inkişaf mərhələləri və əldə olunmuş nəticələrə dair tədqimatlar olacaq. Eləcə də, RSXM-nin seysmik stansiyalarından seysmik dalğaların Monitorinq Mərkəzinə qəbulu, seysmik dalğa məlumatlarının emalı, zəlzələ ocaqlarının mexanizminin öyrənilməsi metodları, GPS tədqiqatları və alınmış nəticələr iştirakçılara təqdim olunacaq. 

Tədbirdə AMEA rəhbərliyi, ali məktəb rektorları, tələbələr və orta məktəb şagirdləri iştirak edəcəklər. 

Ünvan: Akademiya şəhərciyi, H.Cavid pr.123, AMEA nəzdində RSXM-nin Monitorinq Mərkəzi

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023