AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Geomorfoloq alim ATMU-da bazalt sütunları barədə çıxış edib
Apr 04, 2024 | 17:38 Görüşlər

Elm və Təhsil Nazirliyi akademik H.Əliyev adına Coğrafiya İnstitutu Paleocoğrafiya şöbəsinin aparıcı elmi işçisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Rəşid Fətəliyev Azərbaycan Turizm və Menecment Universitetində «Azərbaycanın bazalt sütunları və onların geoturizm əhəmiyyəti» mövzusunda təqdimatla çıxış edib.

Alim çıxışında təbiət abidələrinin ən ecazkar nümunələrindən sayılan bazalt sütunlarının yayılma arealı, geoloji və geomorfoloji xüsusiyyətləri, onların geoturizm üçün əhəmiyyəti və sistemli şəkildə elmi tədqiqinin önəmi və digər məsələlərə toxunub. Bazalt sütunlarının sistemli şəkildə elmi tədqiqi, onların təbiət abidəsi kimi qeydiyyata alınması, təsnifatlaşdırılması, qorunması və əlçatanlığının təmin edilməsini aktual məsələ kimi dəyərləndirən tədqiqatçı maarifləndirmə tədbirlərinin keçirilməsini turistlərdə təbiət abidələrinə marağı  şərtləndirən amillərdən olduğunu diqqətə çatdırıb. 

 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023