Landşaftşünas alim AZTV kanalında palçiq vulkanlarından danışıb
Apr 08, 2024 | 17:25 Müsahibələr, çıxışlar
Apr 08, 2024 | 17:25 Müsahibələr, çıxışlar
Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov növbəti dəfə AzTV kanalının “Ekoetika” verilişinin çəkilişində iştirak edib.
“Ekoetika”nın Azərbaycanın Bakı və Abşeron yarımadasında mövcud olan palçıq vulkanlarına həsr edilmiş sonuncu buraxılışında bu vulkanların yaranması, püskürmə statistikası, növləri, əhəmiyyəti, mühafizəsi, ekoturizmin inkişafında rolu, müalicəvi əhəmiyyəti, sualtı vulkanlar və s. haqqında geniş məlumat verilir.