Apr 22, 2024 | 10:21 Yeni nəşrlər
“Bakinskiy raboçiy” qəzetində “Ağıl və mühəndislik bilikləri ilə idarə olunanlar” başlığı altında AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutu Geomorfologiya və təbii risklər şöbəsinin baş elmi işçisi, coğrafiya elmləri doktoru, dosent Starə Tarixazərin müsahibəsi dərc edilib.
Müsahibə tədqiqatçı alimin M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin "MAXS Press" nəşriyyatında nəşr olunmuş “Azərbaycanda sürüşmə hadisələrinin kataloqu”na həsr olunub.
Kataloq üzərində gedən işlər barədə məlumat verən morfoloq alim, eyni zamanda, sürüşmələrin ölkə iqtisadiyyatı, insanların sağlamlığı və həyatı üçün təhlükələr, sürüşmə zonalarının əhalisini bu təbii fəlakətdən qorumaq üçün tədbirlərin görülməli olduğu barədə geniş söhbət açıb.