Coğrafiyaçıların iştirakı ilə Müasir Təhsil Kompleksində tədbir keçirilib
Apr 24, 2024 | 09:30 Görüşlər
Apr 24, 2024 | 09:30 Görüşlər
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Elm və Təhsil Nazirliyi akademik H.Əliyev adına Coğrafiya İnstitutu əməkdaşlarının iştirakı ilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində tədbir keçirilib.
Məktəbin müəllim-şagird kollektivi ilə keçirilən görüşdə İnstitutun icraçı direktoru c.ü.f.d., dosent Zaur İmrani və “Geomorfologiya və təbii risklər” şöbəsinin aparıcı elmi işçisi c.ü.f.d. Samira Abuşova “Yer günü”, “Qarabağa qayıdış”, “İşğaldan azad edilmiş torpaqlarda törədilən ekoloji terror” mövzularında maarifləndirici məlumatlarla çıxışlar ediblər, şagirdləri maraqlandıran sualları cavablandırıblar.
Kompleksin şagirdləri isə Yer günü ilə əlaqədar hazırladıqları səhnəcik və video çarxı qonaqlara təqdim ediblər.