Apr 29, 2024 | 14:29 Mühüm hadisələr
Elm və Təhsil Nazirliyinin tədbirlər planına əsasən AR ETN akademik H.Əliyev adına Coğrafiya İnstitutunda Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) daxilində Gənc Coğrafiya Müəllimləri Birliyi (GCMB) QHT idarə heyətinin sədri, AGMA idarə heyətinin üzvü Samirə Paşazadənin iştirakı ilə istehsalat təcrübəsi keçən tələbələr üçün təlim təşkil edilib.
Qurum haqqında iştirakçılara məlumat verən Samirə Paşazadə bildirib ki, Gənc Coğrafiya Müəllimləri Birliyinin əsas məqsədi coğrafiya müəllimlərinin birlik əsasında peşəkar səviyyəsinin artırılması, inteqrativliyin təmin olunması, layihələrə cəlb olunaraq təkmilləşdirilməsi və coğrafiya sahəsində gedən yeniliklərlə maarifləndirməyə dəstək verməkdir. Birlik eyni zamanda müvafiq milli “yaşıl artım” platformasının yaradılması və bu platforma vasitəsilə milli “yaşıl artım” forumunun təşkili imkanlarını da nəzərdən keçirir.
Tədbirdə Coğrafiya İnstitutunun icraçı direktoru dosent Zaur İmrani, Təhsil şöbəsinin müdiri dosent Müseyib Yunisov, BDU-nun müəllimi İrkən Rakçiyeva və digərləri iştirak ediblər.