May 10, 2024 | 16:24 Konfranslar, iclaslar
Paytaxt Bakıda may ayının 13-15-də “Qafqazda seysmik təhlükə yenilikləri və müasir mühəndislik təcrübələrinin nəticələri” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin təşkilatçılığı ilə keçiriləcəktədbirdə AMEA rəhbərliyi, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri, eləcə də xarici ölkələrdən 30-a yaxın seysmoloq alim və mütəxəssislər iştirak edəcəklər.
Qeyd edək ki, konfrans zamanı Qafqazda son seysmik məlumatların toplanması və təhlili, müasir tikinti normalarında konseptlər, zəlzələ kataloqunun təkmilləşdirilməsi, seysmik metodlar və təhlükənin qiymətləndirilməsi tələbləri və s. mövzularda müzakirələr aparılacaq.
Konfransın açılış mərasimi mayın 13-də saat 10:00-da “Radisson Hotel”in “Füzuli” zalında keçiriləcək ( ünvan: Azadlıq prospekti, 1).
Bütün media nümayəndələri konfransa dəvətlidirlər.