AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Neft və Qaz İnstitutu əməkdaşının tədqiqat işi “Amerika Geofiziklər Birliyinin elmi xəbər portalında yer alıb
May 10, 2024 | 15:24 Mühüm hadisələr

Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun əməkdaşı Neftli-qazlı komplekslərin litologiyası şöbəsinin aparıcı elmi işçisi, astrometriya və fəza cisimləri üzrə fəlsəfə doktoru Bəhruz Əhədovun tədqiqat işi "American Geophysical Union (AGU)" təşkilatı tərəfindən Eos xəbər platformasında müzakirə edilib və yayımlanıb. 

Bildirək ki, Eos AGU tərəfindən nəşr olunan mükafatlı elm xəbər jurnalıdır.

EGU24 konfransında “Caspian Sea Level Changes and Coastal Dynamics: A Case Study of the Gizil-Aghaj State Reserve Using Multi-Sensor Satellite Data” (Xəzər dənizinin səviyyəsinin dəyişməsi və sahil dinamikası: çox sensorlu peyk məlumatlarından istifadə etməklə Qızılağac Dövlət Qoruğunun tədqiqi) mövzusunda təqdimat reallaşıb.

Konfrans müddətində AGU nəticələrin xəbərlər jurnalında paylaşılması  üçün müraciət edib. Bununla bağlı Bəhruz Əhədov və Eric Fielding (NASA JPL) ilə müsahibə hazırlanıb. Materialda əldə edilən nəticələrə əsasən yenilik, istifadə edilmiş data və metodlar, həmçinin işin regionda önəmi xüsisi olaraq vurğulanıb. Bu xəbər EGU24 konfransı iştirakçılarının diqqətini çəkib.  Xəzər dənizinin enməsi və onun sahil dinamikasına təsiri haqqında söhbət aparılıb.  

 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023