AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
RSXM-nin futbol komandası yarışda birinci olub
May 24, 2024 | 09:57 Maraqlı məlumatlar

AMEA-nın Azad Həmkarlar İttifaqının (AHİ) və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə akademiya əməkdaşlarının Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş  futbol yarışı başa çatıb.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin komandası bütün rəqiblərini məğlub edərək birinci yerin qalibi olub. Bağlanış mərasimində AMEA rəhbərliyi və final mərhələsində görüş keçirən komandaların təmsil etdiyi elmi müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.

Futbol yarışının bağlanış mərasimində çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli hər il akademiyada Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş idman yarışlarının keçirildiyini bildirərək qeyd edib ki, akademiya əməkdaşları elm sahəsi ilə yanaşı, ölkəmizin idman, mədəniyyət və başqa sahələrdə də aktivdirlər və bir çox uğurlar əldə ediblər.

AMEA-nın prezidenti daha sonra qalib komandaları təltif edib.

Yarışda ikinci yeri AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,  üçüncü yeri isə AMEA Rəyasət Heyətinin komandası tutub.

Tədbirin qalibi kuboku RSXM-nin futbol komandasına təqdim olunub. Kuboku AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli qalib komandanın kapitanı Azər İsgəndərova təqdim edib. Həmçinin komandaların üzvlərinə medallar təqdim edilib. Daha sonra xatirə şəkli çəkilib.

Xatırladaq ki, ötən il AMEA-nın Azad Həmkarlar İttifaqının və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Spartakiada çərçivəsində futbol çempionatında da bu günün qalib kımandası birinci yeri tutaraq çempion olmuşdu.

 

 

 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023