Cİ-nin elmi işçi beynəlxalq forumun I dərəcəli diplomuna layiq görülüb
Jun 07, 2024 | 10:02 Görüşlər
Jun 07, 2024 | 10:02 Görüşlər
AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Demoqrafiya və əhali coğrafiyası şöbəsinin kiçik elmi işçisi Bəyimxanım Hüseynova Rusiya Federasiyasının Voronej şəhərində “Demoqrafiya və qlobal çağırışlar” mövzusunda keçirilən III Beynəlxalq Demoqrafik Forumun I dərəcəli diplomuna layiq görülüb.
Mükafat elmi işçiyə “Azərbaycanın sərhədyanı iqtisadi bölgələrində etnik azlıqların yaşayış məntəqələrinin CİS texnologiyasının köməyi ilə tədqiqi (Şəki-Zaqatala iqtisadi rayonunun timsalında)” elmi məqaləsinə görə təqdim edilib.