AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Neft və Qaz İnstitutunda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “dəyirmi masa” keçirilib
Jun 13, 2024 | 11:25 Mühüm hadisələr

Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun Tədbirlər planı çərçivəsində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş dəyirmi masa keçirilib.   Tədbirdə «Neft-qaz sahəsinin geoekoloji problemləri» şöbəsinin müdiri Fəxrəddin Kərimov, “Azərkosmos” ASC CİS (Coğrafi İnformasiya Sistemi) Mərkəzinin “Təsvirlərin emalı” qrupunun rəhbəri Aqil Əhmədov, Mərkəzin məhsul inkişafı üzrə mütəxəssisi Elman Ələsgərov, həmçinin  gənc alim və mütəxəssislər iştirak ediblər. 

Tədbiri Fəxrəddin Kərimov açaraq “Dəyirmi masa” iştirakçılarını salamlayaraq bildirib ki, hazırkı tədbirdə çox aktual məsələ olan iqlim dəyişmələri mövzusunda çıxışlar təqdim ediləcək, müzakirələr aparılacaq. Tədbirə dəvət edilmiş gənc alim və mütəxəssislərdən  öz işlərində bu aktual məsələni və layihə təkliflərini eşitmək maraqlı olar. 

Tədbirdə "Kosmik monitorinq istiqamətləri" mövzusunda “Azərkosmos” ASC CİS (Coğrafi İnformasiya Sistemi) Mərkəzinin “Təsvirlərin emalı” qrupunun rəhbəri Aqil Əhmədov və Mərkəzin məhsul inkişafı üzrə mütəxəssisi Elman Ələsgərov,  “Qlobal İqlim dəyişikliyi, onlara təsir edən istixana qazları və bəşəriyyətin qlobal istiləşməyə qarşı mübarizəsi” mövzusunda  Məhərrəm Mehdiyev və “Ətraf mühitin tərənnümü” mövzusunda Minə Namazova  çıxış edib. 

 

 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023