AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
İxtisas imtahanları uğurla başa çatıb
Jun 20, 2024 | 17:28 Konfranslar, iclaslar

Azərbaycan Respublikası Prezidenti yanında AAK RH-nin 29 sentyabr 2020-ci il tarixli qərarına uyğun olaraq Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə ixtisas imtahanları keçirilib. 

İnstitutun direktoru professor Zakir Eminovun sədrliyi ilə keçirilən imtahanlarda 1203.01 – kompüter elmləri ixtisasının texnika istiqaməti üzrə 4 nəfər, 3338.01 –sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə 1 nəfər olmaqla ümumilikdə 5 iddiaçı iştirak edib. 

Ayrı-ayrı ixtisaslar üzrə yaradılmış komissiya üzvləri onların bilik səviyyəsini müvafiq ballarla qiymətləndirib. Bütün iddiaçıların nəticələri məqbul qiymətləndirilib. 

İmtahanlar uğurla başa çatıb.

 

 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023