Jun 25, 2024 | 15:03 Mühüm hadisələr
QSC (Bakı Limanı), ADA Universiteti və IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin birgə təşkil etdikləri “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” 1-ci Xəzər Mavi Üfüqlər Seminarında AR Elm və Təhsil Nazirliyi akademik H.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri c.e.d. Səid Səfərov və böyük elmi işçi, CASPISNET-in koordinatoru, c.e.ü.f.d. Elnur Səfərov iştirak ediblər.
Dövlət rəsmilərinin, diplomatik qurumları, özəl sektor rəhbərlərinin, beynəlxalq və mülki təşkilatları nümayəndələrinin iştirak etdikləri tədbir Xəzər dənizi regionunda ekoloji problemlərin həlli üçün qlobal miqyasda maraqlı tərəfləri bir araya gətirmək məqsədini daşıyıb. ADA Universitetində keçirilən bu ilk seminar 2024-cü ilin noyabrında baş tutacaq COP29-un Azərbaycanda keçirilməsindən əvvəl müzakirələrin başlanğıcından xəbər verir və onun əhəmiyyətini, beynəlxalq iqlim məqsədlərinə uyğunluğunu təsdiqləyir.
Tədbirin təşkilində yaxından iştirak etmiş Elnur Səfərov seminarda “Navigating Climate Change: Caspian Sea Level Variability and Coastal Ecosystem Resilience” (“İqlim dəyişikliklərinin naviqasiyası: Xəzər dənizinin səviyyəsinin dəyişkənliyi və sahil ekosisteminin dayanıqlılığı”) movzusunda məruzə ilə çıxış edib.