Sep 05, 2024 | 12:44 Müsahibələr, çıxışlar
AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdirləri, coğrafiya elmləri doktorları – professor Rza Mahmudov və Səid Səfərov AzTV-nin “Hədəf” verilişinin qonağı olub.
Xəzər dənizinin ekoloji vəziyyətinə həsr edilmiş verilişdə Xəzərlə bağlı problemlər, onların həlli yolları müzakirə edilib, təkliflər dinlənilib. Alimlər digər Xəzəryanı ölkələrdə – Rusiya, Qazaxıstan, İran və Türkmənistanda olduğu kimi, Azərbaycanda da Xəzərin geniş tədqiqi ilə məşğul olan Xəzər dənizi mərkəzinin yaradılmasını, eləcə də əvvəllər ölkəmizdə fəaliyyət göstərən Hidrometeorologiya elmi-tədqiqat İnstitutunun bərpasını labüd hesab edirlər. Xəzəri “iqlimin laboratoriyası” adlandıran coğrafiyaçı alimlər iqlimin Xəzərə və əksinə olaraq, Xəzərin iqlimə təsirindən, iqlimlə bağlı dəniz hövzələrində yaranan problemlərdən danışıblar.