AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Coğrafiya İnstitutunun əməkdaşı gənclərə vikipediya üzrə təlim keçib
Sep 03, 2024 | 14:17 Görüşlər

Elm və Təhsil Nazirliyi  akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu Beynəlxalq və İctimaiyyətlə Əlaqələr şöbəsinin əməkdaşı azərbaycandilli vikipediyanın patrulu Aida Aslanova gənc vikipediyaçıların Şəki şəhərində “Gənclər ilə vikipediyanı öyrənək, öyrədək və paylaşaq” adlı yay düşərgəsində təlimçi və təşkilatçı kimi iştirak edib.

AR Gənclər və İdman Nazirliyinin dəstəyi və “Azərbaycan vikimediaçıları” istifadəçi qrupunun təşəbbüsü ilə Şəki Olimpiya İdman Kompleksində keçirilən tədbirdən məqsəd Azərbaycanda Vikimedia hərəkatının gücləndirilməsi, fəal istifadəçilər arasında sıx əlaqələrin və əməkdaşlığın qurulması, yeni gənclərin cəlb edilməsi, istifadəçilərin bacarıqlarının təkmilləşdirilməsidir. 

Coğrafiya İnstitutunun əməkdaşı iştirakçıları Vikipediyanın tarixi, platformanın əsas prinsip və qaydaları ilə tanış edib, onlara açıq mənbəli məlumatın idarə olunması və Vikipediya platformasında effektiv redaktə metodlarını öyrədib, məqaləyaratma, redaktəetmə və mənbələrdən düzgün istifadə üzrə praktiki biliklər təqdim edib.

4 gün müddətində vikipediyada 200 məqalə, vikimənbədə isə 207 məqalə yerləşdirilib, vikianbara (Commonsa) 50-dək Şəki abidələrinin fotoşəkilləri yüklənib.

 

 

 

 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023