Sep 04, 2024 | 15:25 Görüşlər
Coğrafiya İnstitutunun əməkdaşı Emil Cəbrayılov 23 iyul 2024-cü il tarixindən 1 avqust 2024-cü il tarixədək ADA Universitetində keçirilən təlimlərdə iştirak etmişdir.
Təlimlər ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun BMT-nin İnkişaf Proqramı (UNDP) ilə əməkdaşlığı çərçivəsində Yaşıl İqlim Fondu (GCF) tərəfindən maliyyələşdirilən “Azərbaycanda uyğunlaşmanın planlaşdırılması və həyata keçirilməsi üçün Milli Adaptasiya Planının (MFP) dəstəklənməsi” layihəsi üzrə həyata keçirilmişdir. Layihənin əsas istiqamətlərindən biri təlimlər vasitəsilə kənd təsərrüfatı və su sektorlarında iqlimə davamlılıq və uyğunlaşma potensialını artırmaq olmuşdur. Bu məqsədlə 200-ə yaxın dövlət qulluqçusu, QHT nümayəndəsi, 40-a yaxın təşkilatın tədqiqatçısı müxtəlif mövzularda təlimlərə cəlb olunmuşlar.
Təlimin proqramı Azərbaycanda iqlim dəyişikliklərinin təsirləri və əsas problemlər, iqlimə dayanıqlılıq üçün su ehtiyatlarının idarə edilməsi, inklüziv iqlimə uyğunlaşma təşəbbüsləri strategiyaları, iqlim maliyyəsi kimi mövzuları əhatə etmişdir.