AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Geologiya və Geofizika İnstitutunun əməkdaşları 6-ci beynəlxalq konfransda( ICRETS-2024)” iştirak ediblər
Sep 03, 2024 | 14:43 Görüşlər

Geologiya və Geofizika İnstitutunun əməkdaşları  "Mühəndislik, Texnologiya və Elmdə Tədqiqatlar üzrə 6-cı Beynəlxalq Konfransda ( ICRETS-2024)”  iştirak ediblər.


Özbəkistanın Daşkənd şəhərində Beynəlxalq Təhsil və Elm Araşdırmaları Cəmiyyəti  (ICRETS-2024) tərəfindən alim və tədqiqatçıların  bilik və təcrübə mübadiləsi üçün  beynəlxalq konfrans təşkil olunub. Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində keçirilən bu beynəlxalq konfrans 6 müxtəlif mövzuda yeni nəticələr haqqında əsas məqamları əhatə edib. İngilis dilində təqdim olunan və dərc olunmaq üçün uyğun hesab edilən bütün məqalələr  Eurasia Proceedings of Science, Technology, Engineering & Mathematics (EPSTEM)  ( www.epstem.net ) jurnalında dərc olunacaq.


Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunun “Müasir geodinamika və kosmik geodeziya” şöbəsinin aparıcı elmi işçisi  Aynur Zamanova və böyük elmi işçi Günel Sadıqova Daşkənd şəhərində keçirilən  "Mühəndislik, Texnologiya və Elmdə Tədqiqatlar üzrə 6-cı Beynəlxalq Konfransda ( ICRETS-2024)” iştirak ediblər. Aynur Zamanova "Modern geodynamic conditions and seismicity of the South Caspian Basin", Günel Sadıqova isə  “Filtering gravity data of Caspian-Guba, Absheron and Shamakhi-Gobustan oil and gas regions” mövzusunda çıxış edib. Təqdim edilmiş nəticələr böyük marağa səbəb olmuş və müxtəlif ölkələrin alimləri ilə müzakirə edilərək gələcək əməkdaşlıq üçün zəmin yaranmışdır.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023