AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Cİ əməkdaşı nazirin gənclərlə görüşündə iştirak edib
Sep 11, 2024 | 16:31 Görüşlər

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Beynəlxalq və İctimaiyyətlə Əlaqələr şöbəsinin əməkdaşı Aida Aslanova gənclər və idman naziri Fərid Qayıbovun beynəlxalq tədbirlərdə iştirak etmiş gənclərlə görüşündə iştirak edib.

Aslanova tədbirdə təqdimatla çıxış edərək Polşada keçirilmiş beynəlxalq Vikimaniya konfransı barədə ətraflı məlumat verib, onun ölkəmiz üçün yaratdığı üstünlüklərdən danışıb. Azərbaycanın beynəlxalq arenada daha fəal iştirakının əhəmiyyətini qeyd edən Cİ əməkdaşı Polşada keçirilmiş beynəlxalq Vikimaniya konfransında iştirakının böyük bir təcrübə olduğunu qeyd edib və ona bu imkanı yaratdığı, beynəlxalq tədbirdə iştirak etdiyinə dəstək olduğu üçün nazirə minnətdarlığını bildirib.

Görüş zamanı nazir, gənclərin iştirak etdikləri tədbirlər və əldə etdikləri təcrübələr barədə fikir mübadiləsi apararaq onların fikir və təkliflərini dinləyib, qazandıqları uğurlar münasibətilə gəncləri təbrik edib və onlara gələcək fəaliyyətlərinin davamını arzulayıb.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023