Sep 13, 2024 | 10:30 Konfranslar, iclaslar
Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatlarının 2024-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları” haqqında sərəncama uyğun olaraq, fəlsəfə doktoru hazırlığına uyğun olaraq Coğrafiya İnstitutuna 9 doktorant, 3 dissertant yeri ayrılıb.
Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutuna müraciət edən 22 iddiaçıdan 11 nəfəri xarici dil və fəlsəfə fənnindən müvəffəq qiymət alaraq ixtisas imtahanlarına buraxılıb. İnstitutun direktoru professor Zakir Eminov (sədr), direktor müavini c.ü.f.d. Zaur İmrani, şöbə müdirləri c.e.d. Nəriman Paşayev və c.ü.f.d. Müseyib Yunusov, elmi katib c.ü.f.d. Zərnurə Həmidovadan ibarət komissiya onlardan ixtisas fənləri üzrə imtahan götürüb.
4 ixtisas üzrə aparılan imtahanlarda müvəffəq qiymət alan 10 iddiaçı arasından daha yüksək qiymət alanlar seçiliblər. Bunlardan 3-ü iqtisadi coğrafiya, 3-ü tarixi coğrafiya, siyasi və rekreasiya coğrafiyası, 1-i insan coğrafiyası, digəri isə geoekologiya ixtisasları üzrə 7 nəfər qəbul edilib. Onların dissertasiya işlərinin mövzularını və elmi rəhbərlərini təsdiq etmək üçün təkliflərə İnstitutun Elmi Şurasında baxılacaq.