Sep 20, 2024 | 12:10 Elanlar
Bu il noyabr ayının 5-6-da Qərbi Kaspi Universitetində «Dağlar: Biomüxtəliflik, Landşaftlar və Mədəniyyətlər» adlı Beynəlxalq konfrans keçiriləcək. Tədbir Beynəlxalq Dırmanma və Alpinizm Federasiyasının (UIAA) və Qərbi Kaspi Universitetinin birgə təşkilatçılığı ilə reallaşacaq.
Konfransı bilik mənbələri arasında əlaqələri gücləndirmək və davamlı gələcəyə dair fikirlər, yollar və təsəvvürləri inkişaf etdirmək üçün nəzərdə tutulmuş diqqətəlayiq tədbirdir. Məqsəd
dünya səviyyəsində dağlıq ərazilərdə ən çox iz qoyan problemlərin həll yollarını müzakirə etmək, yaradıcı alimləri, ekologları, bioloqları, turizm mütəxəssislərini və bu məsələdə maraqlı olan digər qurumları bir araya gətirməkdir.
Tələblərə cavab verən təsdiq edilmiş məqalələr Scopus (Elsevier) və WoS elmmetrik bazası tərəfindən indeksləşəcək. (https://www.bio-conferences.org/)
Konfrans hər biri müxtəlif müzakirə bölmələrindən ibarət dörd əsas mövzunu əhatə edir.
1.Qlobal Dağ Bioloji Müxtəlifliyin Qiymətləndirilməsi:
Bu bölmə dağlıq bölgələrdə biomüxtəlifliyin hərtərəfli qiymətləndirilməsini araşdıraraq, unikal ekosistemlərin qorunmasının vacibliyini vurğulayacaq. Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı, Qlobal Dağ Bioloji Müxtəlifliyin Qiymətləndirilməsi və Dağ Tədqiqatları Təşəbbüsünün ekspertləri müzakirələrə rəhbərlik edəcək və öz fikirlərini bölüşəcəklər.
2.Qlobal ekoloji problemlər:
Ətraf mühitimiz bir sıra problemlərlə üzləşir və bunların bir çoxu zaman keçdikcə daha da pisləşərək, bizi əsl ekoloji böhrana gətirib çıxarır. Buna görə də, bu problemlərin mövcudluğu, eləcə də onların mənfi təsirini azaltmaq üçün hansı tədbirlərin görülə biləcəyi barədə maarifləndirmənin artırılması getdikcə daha vacib əhəmiyyət daşıyır.
3.Dağ mədəniyyətləri
Dağ mədəniyyəti dağ bölgələrinin unikal landşaftları və ehtiyatları ilə formalaşan bəşər tarixinin zəngin və çoxşaxəli aspektidir. Musiqisi, mətbəxi, festivalları və ya mədəniyyətləri də daxil olmaqla dağ icmalarının adət-ənənələri onların unikal həyat tərzinə bir baxış təqdim edir.
4.Dağ turizmi və iqtisadi təsirlər
Dağlar bütün dünyada mühüm turizm məkanlarıdır və mənzərəli gözəlliyi, idman attraksionları və zəngin mədəni irsi ilə ziyarətçiləri cəlb edir. Turizm ucqar kənd dağ icmaları üçün gəlir və iqtisadi imkanlar mənbəyidir. Bu sahə həmçinin yerli ənənələrin və qida sistemlərinin canlanmasına kömək edə bilər.
Məqalənin hazırlanması üçün təlimatlar:
İştirak növü:
- Konfrans Hibrid variantda əyani və onlayn (zoom tətbiqi üzərindən) keçiriləcəkdir.
- Şifahi təqdimat üçün məqalələrin sayı məhdud olduğundan, komitə şifahi təqdimat üçün müvafiq məqalələr təyin etmək hüququnu özündə saxlayır.
Məqalə formatları və tələblər:
Məqalə E3S-conferences qaydalarına uyğun tərtib olmalıdır.
https://www.e3s-conferences.org/for-authors
Təqdim olunan materiallar konfransın əsas tematik bölmələrinə uyğun olmalı, aşağıdakı qaydada tərtib edilməlidir:
Bir şəxs maksimum iki məqalədə müəllif və ya həmmüəllif ola bilər.
Hər məqalənin səhifə sayı – 8-dən az, 12-dən artıq, həmmüəllif sayı – 5-dən çox olmamalıdır.
Məqalənin aşağıdakı hissələri mütləqdir:
Başlıq
Başlıqda yeddi sözdən çox olmamalıdır (qoşmalar, bağlayıcılar və artikllər xaricində).
Başlıqda feil olmamalıdır.
Başlıqda analiz, tədqiqat, araşdırma, məsələyə, yeni, problemlər, suallar, bəzi, xüsusiyyətlər, nöqteyi nəzərdən, tətbiq, axtarış, tərif, müasir, cari, həll, ən yaxşı, ən çox / ən az faydalı, optimal və s. kimi sözlər olmamalıdır.
Xülasə
Xülasə məqalənin özü olmadan təqdimatı olmalıdır.
Xülasə məqalənin eyni strukturuna sahib olmalıdır və problem aktuallığı; məqsəd; metodlar; nəticələr; sonluq daxil olmalıdır.
Xülasə 200-250 söz olmalıdır.
Açar sözlər 5-dən 10-a qədər söz və ya söz birləşmələri.
Giriş
Bu hissə işin məqsədini və onun məğzini əhatə etməlidir. Giriş ədəbiyyat icmalına əsaslanmalıdır. Ədəbiyyat icmalında sizin sahənizdə olan əsas müəlliflər və işləri qeyd edilməli, eyni zamanda, istifadə edilə biləcək bütün mənbələri deyil, yalnız mövzu ilə birbaşa əlaqəli olan mənbələri göstərməlisiniz. Tövsiyə olunan mənbə sayı 5-10-dur.
Metodlar
Bu hissə eksperimental quruluş və nəticələrin əldə edilməsi üçün istifadə olunan metodlar haqqında ətraflı məlumat verməlidir.
Nəticələr
Bu hissədə məlumatlar aydın və qısa şəkildə, uyğun olduğu hallarda şəkillər və cədvəllər istifadə edilərək təqdim edilməlidir.
Müzakirə
Bu hissə nəticələrin göstərdiyi əlaqələri və ümumiləşdirmələri təsvir etməli və nəticələrin əhəmiyyətini əvvəlki nəşr olunmuş işlərlə müqayisə edərək müzakirə etməlidir.
Sonluq
Burada əsas nəticələrin siyahısı verilir. Nəticələr hissəsində qeyd olunan məlumatlar təkrarlanmamalı və ümumiləşdirmə aparılmalıdır.
Minnətdarlıqlar
Şəxsi minnətdarlıqlar və maliyyələşdirmə haqqında məlumat burada verilir.
İstinadlar
Məqalənin ən vacib hissələrindən biri istinad siyahısı olduğunu unutmamaq vacibdir. Sizin sahənizdə olan əsas müəlliflər və işləri göstərməlisiniz. Eyni zamanda, istifadə edilə biləcək bütün mənbələri deyil, yalnız mövzu ilə birbaşa əlaqəli olan mənbələri göstərməlisiniz. Tövsiyə olunan mənbə sayı 20-dir.
Sitat gətirilən məqalələr nisbətən yeni, aktual və asanlıqla əldə edilə bilən olmalıdır. Məqalələrə İnternet vasitəsilə girişin mümkünlüyü məsləhətdir.
Mətndəki mənbələri kvadrat mötərizədə olan nömrə ilə sitat gətirməlisiniz. İstinadların verilməsi ardıcıllığı ilə siyahısı təqdim edilməlidir.
Müəllif üçün təlimatlar
İcmal üçün təqdimat
Məqalənizi hazırlamaq üçün bütün təqdimatlar (submission) AIP Konfrans Məruzəsi şablonlarını istifadə edərək AIP Təlimatlarına uyğun olaraq İngilis dilində yazılmalıdır.
İkiqat kor icmal prosesinin (double blind review process) tətbiq olunduğunu təmin etmək üçün müəlliflərə məqalənin hazırlanması zamanı kimliklərini anonim saxlamaqları xahiş olunur. Bu baxımdan, başlıq səhifəsindən müəllif adlarını və afilliasiya qeyd etməmək (və ya onları "təqdimat üçün buraxılmış" kimi qeyd etmək), öz işinizi sitat gətirərkən üçüncü şəxsdə müraciət etmək tövsiyə olunur. Həmçinin, kimliyinizi aşkarlaya biləcək hər hansı bir minnətdarlığı daxil etməməyinizdən əmin olun.
Qeydiyyat:
Qeydiyyat formasını konfransın rəsmi saytında müvafiq bolmədə yerləşdirilib!
Beynəlxalq elmmetrik bazalarda dərc olunacaq məqalələr ödənişli ( 250 $), Qərbi Kaspi Universitetinin toplusunda dərc olunacaq məqalələr ödənişsizdir.
Başlıq səhifəsindən müəllif adlarını və afilliasiya qeyd etməmək (və ya onları "təqdimat üçün buraxılmış" kimi qeyd etmək), öz işinizi sitat gətirərkən üçüncü şəxsdə müraciət etmək tövsiyə olunur. Həmçinin, kimliyinizi aşkarlaya biləcək hər hansı bir minnətdarlığı daxil etməməyinizdən əmin olun.
Nəşr üçün hazır təqdimat
Təqdim olunmuş məqalə təqdimat və nəşr üçün qəbul edildikdən sonra, müəlliflər rəyçinin qeydlərinə uyğun olaraq məqalənin düzəliş edilmiş versiyalarını təqdim etməlidirlər.
Müəlliflər ilkin təqdimat üçün silinmiş hər hansı bir məlumat və ya hissələri, məsələn, müəllif məlumatları və varsa minnətdarlığı əlavə etməlidirlər.
Müəlliflər tam məqaləni MS-Word (docx./doc.) formatında AIP Konfrans Şablonuna (https://disk.yandex.ru/i/mgZa_szHXqjoGA) uyğun olaraq hazırlamalıdır.
Qeydiyyat:
Qeydiyyat formasını konfransın rəsmi saytında müvafiq bolmədə yerləşdirilib!
Beynəlxalq elmmetrik bazalarda dərc olunacaq məqalələr ödənişlidir ( 250 $).
Qərbi Kaspi Universitetinin toplusunda dərc olunacaq məqalələr ödənişsizdir.
Xronologiya və əsas tarixlər:
Qeydiyyat və məqalələrin son təqdim olunma tarixi: 25.09. 2024 -
Qəbul bildirişi 15.10.2024 -
Ödəniş üçün son gün 20.10.2024 -
Konfrans tarixləri 05-06/11.2024
Konfrans haqqında məlumatlarla və təqdim olunacaq materialların tərtibat qaydaları ilə http://mountain.study/ elektron səhifəsinə daxil olmaqla daha ətraflı tanış ola bilərsiniz.
Konfransla bağlı suallarınızı cavablandırmaq üçün əlaqə nömrəsi:
Əlaqə: Tel: +99412 5653977 (121)
Web səhifə: http://mountain.study/
E-mail: mclb.conference2024@gmail.com