Sep 24, 2024 | 09:36 Konfranslar, iclaslar
H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizi sahillərinin və dibinin geomorfologiyası şöbəsinin aparıcı elmi işçisi, texniki elmlər üzrə fəlsəfə doktoru İsmayıl Zeynalov BMT-nin himayəsi altında Davamlı İnkişaf Məqsədləri layihəsi (SDG 7) çərçivəsində ABŞ-ın SPRINGER NATURE nəşriyyatı tərəfindən keçirilən “Latın Amerikası və Karib hövzəsində Davamlı İnkişaf Məqsədləri” sammitində iştirak edib.
Tədbirdə təhsildəki çatışmazlıqların aradan qaldırılması, bölgədəki bərabərsizliklə bağlı mürəkkəb problemlərin həlli, hamı üçün ədalətli təhsil verən inklüziv siyasətin tətbiqi üçün innovativ strategiyalar, bərpa olunan enerji mənbələrinin mümkün inkişaf yolları və s. müzakirə olunub.
Qeyd edək ki, alim bu sammitə ötən il keçirilən 3-cü Beynəlxalq Sosial Elmlər, İnnovasiyalar və Təhsil Texnologiyaları Konqresində “Radiasiya tullantılarının əmələ gəlməsində meteoroloji və coğrafi amillərin rolu” mövzusunda etdiyi məruzəsinə görə dəvət alıb. Təşkilatçılar bu məruzədə İ.Zeynalovun problemə yeni baxışını xüsusi dəyərləndiriblər.
Coğrafiya İnstitutunun tlmi işçisinə SPRINGER NATURE nəşriyyatının sertifikatı təqdim edilib.