AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Səid Səfərov: “Xəzərin səviyyəsində müşahidə olunan qalxma və enmə külək rejimində baş verən dəyişikliklərlə müşayiət olunur”
Sep 25, 2024 | 09:44 Müsahibələr, çıxışlar

“Qlobal əhəmiyyət kəsb edən Xəzər dənizinin problemlərinin həllində irəliləyişə nail olmaq üçün Bakıda keçiriləcək COP29 ən əlverişli platformadır”. 

Bu sözləri H.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyasi şöbəsinin müdiri coğrafiya elmləri doktoru Səid Səfərov Xalq qəzetinə müsahibəsində deyib.

Alimin sözlərinə əsasən, Coğrafiya İnstitutunda  aparılan tədqiqatların nəticələrinə görə dənizin səviyyəsində müşahidə olunan qalxma və enmə regionun külək rejimində baş verən dəyişikliklərlə müşayiət olunur ki,  bu da öz növbəsində dənizin hövzəsinə düşən yağıntılara və müvafiq olaraq çay axımlarına, həmçinin səthdən buxarlanmaya ciddi təsir göstərir. Tədqiqatdan alınan nəticələr Xəzər dənizinin səviyyəsinin gələcək uzunmüddətli proqnozlaşdırılmasında mühüm rol oynaya bilər.

 

 

 

 

 

 

 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023