Oct 15, 2024 | 12:43 Maraqlı məlumatlar
Akademik H.Əliyev adına Coğrafiya İnstitutu “Qurunun hidrologiyası və su ehtiyatları” şöbəsinin müdiri c.e.d., prof. Rza Mahmudov COP29-la bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunda keçirilən tədbirdə “Azərbaycanda regional iqlim dəyişmələri və onun su ehtiyatlarına təsiri” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə ölkə ərazisində regional iqlim dəyişmələrinin mövcud durumu və onun su ehtiyatlarına təsirı faktlar əsasında iştirakçılara çatdırılıb. Xüsusilə bildirilib ki, orta çoxillik temperaturlar çoxillik normaya nisbətən 1.1o C artıb, çay sularının illik axımında rejim dəyişkənliyi baş verib və bəzi çaylarda illik axım həcmi 12-15% azalıb. Məruzənin sonunda iştirakçıların çoxsaylı sualları cavablandırılıb.
Tədbirdə şöbə əməkdaşı c.ü.f.d. dosent Ziyafət Ağayev də iştirak edib.