AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Cİ əməkdaşları ATU-da COP29-a həsr olunan konfransda iştirak ediblər
Nov 06, 2024 | 15:07 Konfranslar, iclaslar

Akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Xəzərin hidrometeorologiyası şöbəsinin müdiri coğrafiya elmləri doktoru Səid Səfərov və İnstitut Həmkarlar Təşkilatının sədri Kamran Ramazanlı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Azərbaycan Texniki Universitetində “COP29: iqlim dəyişikliyi qlobal təhlükənin mənbəyidir” mövzusunda təşkil etdiyi konfransda iştirak ediblər.

S.Səfərov tədbirdə mövzu ətrafında məruzə ilə çıxış edərək iqlim dəyişikliklərinin ətraf mühitə, təbiətə, kənd təsərrüfatına, ekologiyaya vurduğu ziyanlardan, insan orqanizminə təsirindən və s. danışıb, COP29-da qəbul ediləcək qərarların vacibliyindən və nəticələrinin əhəmiyyətindən söhbət açıb

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023