AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Kür və Araz çaylarının ekoloji vəziyyəti barədə məruzə dinlənilib
Nov 15, 2024 | 10:44 Müsahibələr, çıxışlar

Akademik H.Əliyev adına Coğrafiya İnstitutunun elmi seminarında türkiyəli alim - Hidrosiyasət Akademiyasının meneceri və eksperti dr. Fulya Aydın Kandemir “Kür və Araz çaylarının ekoloji vəziyyətinin qiymətləndirilməsi” (Türkiyə və Azərbaycan əraziləri timsalında) mövzusunda məruzə edib.

İclasa sədrlik edən icraçı direktor  c.ü.f.d., dosent Zaur İmrani F. Kandemirin   Kür-Araz çaylarının tədqiqinə həsr olunmuş layihə əsasında türkiyəli alimlərindən ibarət nümayəndə heyətinin tərkibində Azərbaycana gəldiyini və mövzunun əhəmiyyətini nəzərə alaraq onu məruzə etmək üçün elmi seminara dəvət etdiyini diqqətə çatdırıb.

Antalya Böyükşəhər Bələdiyyəsinin İqlim Dəyişikliyi və Sıfır Tullantı Departamentində Tədqiqatçısı, Su Siyasəti Dərnəyi və Hidrosiyasət Akademiyasının mütəxəssisi olan  məruzəçi ekspedisiya üzvlərinin layihə ilə əlaqədar Gürcüstan və Ermənistanda da tədqiqat işləri apardıqlarını bildirib. Alimlər bu ölkələrdə adları çəkilən çayların, eləcə də Göyçə gölünün  çirklənməsi  ilə əlaqədar sənədli filmin çəkilişi barədə razılığa gəliblər.

Araz, Kür çaylarının hədsiz çirklənməsi və quruması barəsində danışan məruzəçi vaxtında tədbir görülmədiyi halda onları da Aral dənizinin taleyinin gözlədiyini bildirib. Alimin sözlərinə görə, bu çayların  aid olduğu ölkələr birlikdə çalışmalı və cəmiyyəti daim ətraflı məlumatlandırmalıdırlar. 

Fulya xanım onu da qeyd edib ki, yararsız kanalizasiya sistemləri və ya onların heç olmaması kimi səbəblər təkcə yerüstü deyil, yeraltı suların da çirklənməsinə səbəb olur.

Sonda F.Kandemir iclas iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

 

 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023 - 2025
İyun
Yanvar
Fevral
Mart
Aprel
May
İyun
İyul
Avqust
Sentyabr
Oktyabr
Noyabr
Dekabr
2025
1950
1951
1952
1953
1954
1955
1956
1957
1958
1959
1960
1961
1962
1963
1964
1965
1966
1967
1968
1969
1970
1971
1972
1973
1974
1975
1976
1977
1978
1979
1980
1981
1982
1983
1984
1985
1986
1987
1988
1989
1990
1991
1992
1993
1994
1995
1996
1997
1998
1999
2000
2001
2002
2003
2004
2005
2006
2007
2008
2009
2010
2011
2012
2013
2014
2015
2016
2017
2018
2019
2020
2021
2022
2023
2024
2025
2026
2027
2028
2029
2030
2031
2032
2033
2034
2035
2036
2037
2038
2039
2040
2041
2042
2043
2044
2045
2046
2047
2048
2049
2050
PazPtsSalÇarPerCumCts
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
1
2
3
4
5
00:00
01:00
02:00
03:00
04:00
05:00
06:00
07:00
08:00
09:00
10:00
11:00
12:00
13:00
14:00
15:00
16:00
17:00
18:00
19:00
20:00
21:00
22:00
23:00