Nov 28, 2024 | 09:37 Müsahibələr, çıxışlar
H.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru coğrafiya elmləri doktoru professor Zakir Eminovun Xalq qəzetində demoqrafik problemlərə həsr edilmiş müsahibəsi dərc edilib.
“Əhali artımı niyə aşağı düşüb?” başlığı altında dərc olunmuş yazıda əhalinin təbii artımına təsir göstərən amillərdən söhbət açan alimin müsahibəsində statistik məlumatlar işıqlandırılmaqla nikah və boşanmalar, nikah üçün yaş həddi, boşanmaların səbəbləri, qanundankənar nikahlar və onlardan doğulan uşaqların say artımı, vətəndaş nikahı, təhsil səviyyəsinin erkən nikahlarda rolu, qeyri-rəsmi nikahların yaratdığı problemlər və s. kimi məsələlər yer alıb.
Professor bildirib ki, kişi və qadınların sayında olan uyğunsuzluqlar nikahların sayının azalmasına səbəb olur. Boşanmalar əhalinin təbii artımına ciddi təsir göstərir. Ailələrin dağılmasının 73 faizə qədəri şəhər əhalisinin payına düşür. Şəhərlərdə boşanmaların çoxalmasına səbəb qadınların təhsil və məşğulluq səviyyəsinin yüksək olması, müstəqilliyinin artması, iş yerləri ilə təminatın yüksəkliyi, ailələrdə uşaqların sayının az olması və s. amillərdir. Göründüyü kimi, insanlar mədəni psixoloji dəyişiliklər nəticəsində ailə institutuna əvvəlki kimi yanaşmırlar. Bu da ailələrdə uşaqların sayının kəskin azalması ilə özünü göstərir.
“Ciddi tədbirlərin görülməsi, təbliğat-təşviqat işlərinin aparılması, gənc ailələrə kömək göstərilməsi, onlara maddi yardımın edilməsi vacibdir”, - deyə demoqraf alim xəbərdarlıq edib.