AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Coğrafiyaçı alim Xəzərin tərəddüdləri barədə məruzə edib
Dec 03, 2024 | 16:42 Müsahibələr, çıxışlar

Akademik H.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri coğrafiya elmləri doktoru, professor Əmir Əliyev “Xəzər dənizi və davamlı inkişaf: ətraf mühitin mühafizəsi” adlı beynəlxalq konfransın iştirakçısı olub.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə COP29 çərçivəsində baş tutan forumda Xəzəryanı ölkələri təmsil edən vətəndaş cəmiyyəti nümayəndələri, tanınmış beynəlxalq ekspertlər iştirak ediblər.

Coğrafiyaçı alim panel iclasında Xəzər dənizinin səviyyəsinin son illərdə azalması və Azərbaycanın sahil zonalarında  bu prosesin yaratdığı neqativ hadisələr haqqında məruzə ilə çıxış edib.

 

 

 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023