AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Cİ əməkdaşına NASA-nın sertifikatı təqdim edilib
Dec 18, 2024 | 10:06 Mühüm hadisələr

Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi  t.e.ü.f.d. İsmayıl Zeynalov və Dövlət Aerokosmik Agentliyinin məsləhətçisi f.r.e.d. Hikmət Həsənovla birgə yazdıqları məqalə Amerika Fizika İnstitutunun “Earth sciences and human constructions” (Yer Elmləri Və Insan fəaliyyəti) jurnalında dərc edilib.

“About possibility to calculate radioactive pollutants taking into account climatic and meteorological peculiarities” (İqlim və meteoroloji xüsusiyyətlər nəzərə alınmaqla radioaktiv çirkləndiricilərin hesablanma imkanları haqqında) adlı məqalə ABŞ-nin Yunanıstanda keçirilən  “Environment, Geoscience and Water”  konfrans materiallarında  dərc edilib.

Məqalədə müasir dövrdə iqlim dəyişiklikləri və qlobal istiləşmə, çirkləndiricilərin yayılması və ətraf mühitə təsiri ilə bağlı yeni çağırışlar yer alır. Müəlliflər qeyd ediblər ki, zərərli maddələrin mühitə buraxılması insan sağlamlığına və ekosistemlərin tarazlığına ciddi zərər verə bilər. Bu səbəbdən ətraf mühitin qorunması üçün effektiv monitorinq sistemlərinin yaradılması və inkişaf etdirilməsi zəruridir.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023