AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Azərbaycanlı doktorantlar hesabat veriblər
Dec 24, 2024 | 09:48 Konfranslar, iclaslar

Almanıyanın Yustus Libix Universiteti ilə AR ETN akademik H.Əliyev adına Coğrafiya İnstitutu arasında bağlanmış memorandum çərçivəsində “Geopark Management and Students Ex-change Programs. Challenges of Implementation” (Geoparkların idarə olunması və tələbə mübadiləsi. İcra porblemləri.) mövzusunda  virtual görüş keçirilib.

İnstitutun icraçı direktoru dosent Zaur İmrani və  aparıcı elmi işçi dosent Elina Kərimova salamlama nitqi ilə çıxış etdikdən sonra Demoqrafiya və əhali coğrafiyası şöbəsinin elmi işçisi və doktorantı Bəyimxanım Hüseynova  “Report on Student Exchange Activities from Azerbaijani students in Germany” mövzusunda hesabat məruzəsi ilə çıxış edib. Azərbaycanlı doktorant məruzəsində mübadilə proqramı çərçivəsində bu il aprelin 15-dən iyulun 15-dək Almaniyanın Yustus Libix Universitetində ezamiyyətdə olarkən 3 aylıq tələbə  fəaliyyəti haqqında geniş danışıb. 

Sonra İnstitutun doktorantları Sevinc Burzuyeva “The natural beauty of the Greater Baku Landscape” (Böyük Bakı landşaftlarının təbii gözəlliyi), Gülər Hidayətli “COP29 and Azerbaijan´s Tourism Potential” (COP29 və Azərbaycanın turizm potensialı), Güllü Əsgərli “Goygol National park and Goygol Tourism routes” (Göygöl Milli Parkı və Göygöl turizm marşrutları) mövzularında maraqlı çıxışlar ediblər, onlara ünvanlanmış sualları cavablandırıblar. 

Doktorantların çıxışları iştirakçılar tərəfində maraqla qarşılanıb.

Hibrid iclasın sonunda müəssisələr arasında əlaqələrin genişləndirilməsi barədə müzakirələr aparılıb. 

 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023