AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Coğrafiyaçıların Səbail rayon məktəbliləri ilə görüşü keçirilib
Jan 14, 2025 | 10:26 Görüşlər

Səbail rayonu 136 saylı tam orta məktəbinin şagirdləri ETN akademik H.Əliyev adına Coğrafiya İnstitutunda olublar.

İnstitutun elmi şöbələri ilə tanış olan coğrafiyasevərlər Tibbi coğrafiya şöbəsinin müdiri c.ü.f.d. Solmaz Rzayevanın bu sahə üzrə görülən işlər barədə məlumatını maraqla dinləyiblər.

Tədbir sonra akt zalında davam edib. Qonaqları salamlayan baş direktor professor Zakir Eminov bildirib ki, İnstitut alimləri mütəmadi olaraq orta məktəb şagirdləri ilə görüşlər keçirir, onları maraqlandıran mövzular ətrafında söhbətlər aparır, onlarda coğrafiya elminə marağın artmasına çalışırlar.

Məktəbliləri İnstitutun fəaliyyəti ilə tanış edən baş direktor elmi müəssisənin tədqiqat sahələri, görülən işlər və  əldə edilmiş nailiyyətlər, coğrafiya elmindəki yeniliklər, coğrafiya elminin korifeyləri və müxtəlif illərdə İnstituta rəhbərlik etmiş coğrafiyaçı alimlər, ətraf mühit və onun qorunması, noyabr ayında Azərbaycanda keçirilmiş mötəbər COP29 tədbirinin ölkəmiz üçün əhəmiyyəti, orada müzakirə olunan məsələlər, iqlim dəyişiklikləri, Xəzərin problemləri və s. mövzulara toxunub.

Şöbə müdiri c.ü.f.d.  Mirnuh İsmayılov, elmi işçilər Emil Cəbrayılov və Fəridə Talıbova özlərinin və şöbələrinin gördükləri işlər barədə məktəblilərə məlumat veriblər.

Rəhbərlik və öz adından Zakir Eminova təşəkkür edən məktəbin müəllimləri İradə Gözəlova və İradə Hüseynova  görüşdən məmnun qaldıqlarını və analoji tədbirin məktəbin digər şagirdləri ilə də keçirilməsinin arzuolunan olduğunu bildiriblər.

 

 

 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023