AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Coğrafiya İnstitutunda ixtisas fənləri üzrə imtahanlar keçirilib
Jan 17, 2025 | 14:43 Konfranslar, iclaslar

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə ixtisas və fərq imtahanları keçirilib.

İmtahanlar “İqtisadi coğrafiya”, “İnsan coğrafiyası”, “Tarixi coğrafiya”, “Turizm və rekreasiya coğrafiyası” ixtisasları üzrə baş direktor professor Zakir Eminov, “Okeanologiya” üzrə AMEA-nın müxbir üzvü Rauf Qardaşov sədr olmaqla professor-müəllim heyətindən ibarət komissiyaların iştirakı ilə qəbul edilib.

Dörd  ixtisas üzrə imtahan verən 7 doktorant və dissertantdan 4-ü əla, 3-ü isə yaxşı balla qiymətləndirilib.

 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023