
Coğrafiya İnstitutunun konfrans materialları dərc edilib
Jan 30, 2025 | 10:13 Yeni nəşrlər
Jan 30, 2025 | 10:13 Yeni nəşrlər
Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutu və Azərbaycan Coğrafiya Cəmiyyətinin “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı “Azərbaycanda müasir iqlim dəyişmələrinin təbii komplekslərə və təsərrüfat sisteminə təsiri” adlı beynəlxalq elmi-praktiki konfransın məqalələr toplusu çap olunub.
Toplunun baş redaktoru İnstitutun baş direktoru professor Zakir Eminov, redaktoru icraçı direktor c.ü.f.d. professor Zaur İmranidir.
Kitabda iqlim dəyişmələri, onun ətraf mühitə, təsərrüfat sistemlərinə, insan sağlamlığına və s. amillərə təsiri, eləcə də coğrafiyanın müxtəlif sahələrini əhatə edən tədqiqatlara dair elmi məqalələr yer alıb.