
May 14, 2025 | 09:42 Müsahibələr, çıxışlar
Elm və Təhsil Nazirliyi akademik H.Əliyev adına Coğrafiya İnstitutu Xəzər dənizi sahilləri və dibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor Əmir Əliyev Xəzər dənizinin səviyyə problemləri barədə “İki Sahil” qəzetinə müsahibə verib.
Ə.Əliyevin sözlərinə görə, Xəzər dənizinin səviyyəsini nizamlamaq üçün Qara dənizin suyunun Xəzər dənizinə axıdılması təklifi cəfəngdir və böyük ekoloji fəlakətlərə gətirib çıxara bilər. Çünki Qara dənizin suyunun Xəzərin suyundan iki dəfə duzluolması Xəzərin florasını, faunasını tamamilə məhv edə bilər.
Alim həmçinin bildirib ki, zaman-zaman bu kimi təkliflərin heç biri özünü doğrultmayıb: “Mənim fikrimcə, Xəzərin səviyyəsinin düşməsinə və qalxmasına adaptasiya olmaq (uyğunlaşmaq) lazımdır. Ona müdaxilə etmək mümkün deyil. Xəzərin səviyyəsi həmişə qalxıb-enib, gələcəkdə də bu proses davam edəcək”.