AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü və AMEA-nın 80 illiyinə həsr edilmiş futbol turniri başa çatıb
May 23, 2025 | 15:54 Maraqlı məlumatlar

AMEA Rəyasət Heyətinin  və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dəstəyi, AMEA-nın Azad Həmkarlar İttifaqı (AHİ), AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası və ATİAHİ Elmi Təşkilatların Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü və AMEA-nın 80 illiyinə həsr olunmuş institutlararası mini futbol turnirinin mükafatlandırma və bağlanış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə iştirak edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Hikmət Osmanov, AMEA Rəyasət Heyətinin üzvləri və aparatının əməkdaşları çıxış edərək keçirilən çempionatın əhəmiyyətindən danışıb və qalib komandaları təbrik ediblər.

Elm və Təhsil Nazirliyinin tabeliyində olan elmi müəssisələr üzrə çempion olmuş Geologiya və Geofizika İnstitutunun komandası kubok, diplom və medallarla təltif edilib.

İnstitut rəhbərliyi və kollektivi adından komandamızı təbrik edir və uğurların davamını diləyirik.

 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023