AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Akademik Akif Əlizadə Rusiya Elmlər Akademiyasının xarici ölkə üzvü seçilib
Jun 10, 2025 | 11:15 Mühüm hadisələr

May ayının 26-30-da Sankt-Peterburq şəhərində  Rusiya Elmlər Akademiyasının xarici ölkə üzvlüyünə namizədlərin  2 mərhələdən ibarət seçkisi keçirilib. 

ETN Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə hər iki mərhələdən uğurla keçərək Rusiya Elmlər Akademiyasının xarici ölkə üzvü seçilib. 

REA-nın prezidenti akademik Q.Y.Krasnikov bu tədbirlə bağlı akademik Akif Əlizadəyə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:

 

“Çox hörmətli Akif Аğamehdi oğlu! Böyük məmnunluqla bildirirəm ki, REA ümumi iclasının  2025-ci il 30 may qərarına əsasən Siz Rusiya Elmlər Akademiyasının  xarici ölkə üzvü seçilmisiniz. Bu münasibətlə mənim səmimi təbrikimi qəbul edin. Rusiya EA adından Sizə yeni elmi yaradıcılıq nailiyyətləri arzulayıram. Əminəm ki, bizim birgə fəaliyyətimiz ölkələrimiz arasında məhsuldar əməkdaşlığa yardımçı olacaq.

Hörmətlə, REA-nın prezidenti Q.Y.Krasnikov.”

ETN Geologiya və Geofizika İnstitutunun kollektivi baş direktor akademik Akif Əlizadəni ürəkdən təbrik edir, ona cansağlığı və elm sahəsində yeni-yeni uğurlar arzulayır! 

          



 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023