AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
“ANAS Transactions Earth Sciences” jurnalının bu il üçün ilk nömrəsi çapdan çıxıb
Jul 21, 2025 | 14:49 Yeni nəşrlər

AR ETN Geologiya və Geofizika  İnstitutunun   nəşr olan beynəlxalq  “ANAS Transactions Earth Sciences ” jurnalının 2025 -ci il birinci nömrəsi “Elm” nəşriyyatında çap olunub.


Cari nömrədə Yer Elmlərinin müxtəlif sahələrini əhatə edən və resenziyadan   keçmiş məqalələr yer alıb. Nəşrin yeni sayının bütün materialları həm də jurnalın saytında (https://journalesgia.com/en) yerləşdirilib. Bu nömrədə Azərbaycan respublikası ərazisində RSXM və Oksford universiteti əməkdaşları tərəfindən aparılan paleoseysmoloji tədqiqatların nəticələri, işğaldan azad edilmiş Qubadlı rayonunda radioekoloji risklərin tədqiqinə aid yazı, süni intellekt (Sİ) metodlarının neft-qazlı ərazilərdə süxurların kollektor xüsusiyyətlərinin qiymətləndirilməsində tətbiqinə aid material, Avrasiya ilə Qondvana arasında qalan Azərbaycan əazisinində yerləşdiyi keçid zonasında baş verən mürəkkəb geodinamik qarşılıqlı təsirlərin tədqiqinə, eləcə də  Azərbaycan ərazisinin neft-qaz sahələrinin geoloji rayonlaşdırılmasına yeni yanaşmaya dair məqalələr s.  yer alıb.


Xatırladaq ki, “ANAS Transactions Earth Sciences ” 2020 -ci ildən  SCOPUS bazasına daxildir.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023