Sep 03, 2025 | 16:42 Maraqlı məlumatlar
“Böyük Qayıdış” I Dövlət Proqramı çərçivəsində AR Elm və Təhsil Nazirliyi akademik H.Əliyev adına Coğrafiya İnstitutu Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri c.ü.f.d., dos. Mirnuh İsmayılov və aparıcı elmi işçisi c.ü.f.d., dos. Elina Kərimova Azərbaycan Respublikasının işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekspedisiyada olublar.
Ekspedisiyadan əsas məqsəd Qarabağ və Şərqi Zəngəzur bölgələri landşaftlarının təbii ehtiyat potensialının qiymətləndirilməsi, müasir transformasiya tendensiyalarının və ekogeokimyəvi şəraitinin tədqiqi oluub. Tədqiqatlar zamanı ərazilərdən 40-dan çox torpaq, bitki və süxur nümunələri götürülüb.
Aparılmış tədqiqatlar öyrənilən ərazilərdə təbii genofondun qorunmasında, unikal struktura malik ekosistemlərin xəritələşdirilməsində, eləcə də yeni infrastruktur və məskunlaşma layihələrinin davamlı inkişafında, ətraf mühitə uyğunlaşma səviyyəsinin təyinində mühüm əhəmiyyət daşıyır.
Ekspedisiya çərçivəsində aqrolandşaftların mənimsənilməsinin əsas prinsiplərinin, kənd və şəhər planlaşdırılmasının, müxtəlif landşaft ərazilərində mineral ehtiyatlardan rasional istifadənin işlənməsi əsasında landşaft-ekoloji tövsiyələrin hazırlanması planlaşdırılır.


