AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Coğrafiyaçı alim iqlim dəyişmələri üzrə tədbirdə iştirak edib
Sep 08, 2025 | 09:48 Görüşlər

AR Elm və Təhsil Nazirliyi akademik H.Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Kərimov “Azərbaycanda iqlim dəyişmələri üzrə mitiqasiya və adaptasiya tədbirlərinə dair maarifləndirmə” adlı layihə fəaliyyətində iştirak edib. 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən bu layihə “Rüzgar” Ekoloji İctimai Birliyi tərəfindən icra edilir. 

Layihə çərçivəsində R. Kərimov ETN Radiasiya İnstitutunun baş direktoru professor İslam Mustafayevlə birlikdə İsmayıllı şəhərində təşkil edilmiş seminarda iştirak edib. 

Maarifləndirici seminarda “Alternativ enerji mənbələrindən istifadənin iqlim dəyişmələri ilə mübarizədə rolu” adlı təqdimatla çıxış edən alim iqlim dəyişmələrinə səbəb olan amillər, istixana effekti yaradan qazların emissiyası, ötən il Bakıda keçirilmiş COP-29 görüşünün nəticələri, alternativ enerjiyə keçidlə bağlı ölkədəki son vəziyyət barədə məlumat verib. 

Təqdimatın sonunda R. Kərimov seminar iştirakçıları olan müxtəlif dövlət strukturlarınun təmsilçilərinin suallarını cavablandırıb.

 

 

 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023