AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
“Xəzərin fəlakətli surətdə dayazlaşmasında Volqa çayı “günahkardır”
Sep 12, 2025 | 09:58 Müsahibələr, çıxışlar

Azərbaycan televiziyasının CBC kanalında Xəzər dənizinin suyunun azalması haqqında çəkilən “Xəzərin fəlakətli surətdə dayazlaşmasında Volqa çayı “günahkardır” başlıqlı verilişdə AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizi sahillərinin və dibinin geomorfologiyası şöbəsinin müdiri coğrafiya elmləri doktoru, professor Əmir Əliyevin müsahibəsi yer alıb.

Alim dənizin dayazlaşma problemini Xəzərin böyük faizini təşkil edən Volqa çayının suyunun azalması ilə əlaqələndirir. Onun sözlərinə görə son 30 ildə Xəzərdə sululuq təxminən 20-30 faiz azalıb ki, burada əsas rolu Volqanın suyunun azalması oynayır. Bu isə iqlim dəyişmələri, əsasən də Şimali Atllantika hövzəsində əmələ gələn və Xəzər dənizi hövzəsinə istiqamətlənən siklonlar və antisiklonlarla bağlıdır.

Alimlər inanırlar ki, Xəzər dənizi gələcəkdə təbii sikllərə uyğun olaraq öz əvvəlki səviyyəsinə qayıdacaq.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023