AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Coğrafiyaçılar Qarabağda tibbi-coğrafi şəraiti tədqiq ediblər
Sep 23, 2025 | 10:16 Görüşlər

Akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Tibbi coğrafiya şöbəsinin əməkdaşları 10 gün müddətində “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisinin tibbi-coğrafi şəraitinin qiymətləndirilməsi, müasir dövrdə əhali arasında xəstəliklərin coğrafi yayılmasında ətraf mühit amillərinin rolu və region daxili fərqləri” (2024-2025-ci illər) mövzusundakı illik plan işinə uyğun olaraq Qarabağ ərazisində tədqiqat işi aparıblar.

Məqsəd əhalinin məskunlaşdığı Zəngilan rayonunun Ağalı kəndində, Laçın şəhəri və onun Sus, Zabux, Bəylik kəndlərində əhali arasında sorğu aparmaq,  onların yeni məskunlaşdıqları ərazilərdə tibbi-coğrafi şərait, əhali arasında xəstəliklərin coğrafi yayılmasında ətraf mühit amillərinin rolu və həyat keyfiyyəti haqqında yerində tanış olmaq və məlumatlar  əldə etmək olub.

Ekspedisiya müddətində tədqiqatçılar Şuşa, Xankəndi şəhərləri və Ağdamda yeni salınmış qəsəbələrin əhalisi ilə görüşlərdə çoxlu məlumat əldə ediblər.

     

 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023