Sep 29, 2025 | 10:28 Yeni nəşrlər
“Climate (MDPİ)” jurnalında (İF 3,2, CiteScore 5,7) Akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizi hidrometeorologiyası şöbəsinin müdiri c.e.d. Səid Səfərov və şöbənin böyük elmi işçisi c.ü.f.d. Elnur Səfərovun həmmüəllifliyi ilə “Near-Surface Temperature Climate Change in the Caspian Region: A Study Using Meteorological Station Data, Reanalyses, and CMIP6 Models” adlı məqalə dərc olunub.
Rusiya, Azərbaycan və İran alimlərinin birgə tədqiqatlarının nəticəsi olan məqalədə Xəzər regionu üzərində səthə yaxın hava temperaturunun (NSAT) iqlim dəyişkənliyi təhlil edilib. Təhlil NOAA OISSTv2 peyk əsaslı məlumatları, atmosferin yenidən (reanaliz) təhlili ECMWF ERA5, NASA MERRA-2 və NCEP/NCAR, həmçinin 33 Yer sistemi modelindən (SMİP6 ESMs) əldə edilən nəticələr və meteoroloji stansiya məlumatlarının müqayisəsinə əsaslanır. Məqalədə müqayisələrin nəticələrinə və məlum iqlim ssenarilərinə əsasən 21-ci əsrin sonunadək olan müddət üçün mümkün temperatur dəyişmələri haqqında proqnozlar irəli sürülür.


