AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Coğrafiya İnstitutunun əməkdaşı gənclərin iqlim forumunda institutu təmsil edib
Oct 07, 2025 | 09:56 Konfranslar, iclaslar

Akademik H. Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Kərimov Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində Ritz Carlton otelində keçirilən Gənclərin İqlim Forumunda Coğrafiya İnstitutunu mentor qismində təmsil edib. 

 

R.Kərimov gənclər arasında Keniya, Banqladeş, Hindistan, Seneqal, Nigeriya ölkələri vətəndaşlarının  da olduğu tədbirin benefisiarları üçün “İqlim mobilliyi” modulu üzrə “İqlim dəyişmələri və əhalinin miqrasiyası” mövzusunda seminar  təşkil edib. O, gənclərə iqlim dəyişmələrinin, daşqın və quraqlıq kimi təbii fəlakətlərin, Xəzərin səviyyə tərəddüdlərinin səbəb olduğu insan miqrasiyaları haqqında ətraflı məlumat verib. Sonra  gəncləri qruplara bölərək onlara konkret mövzular ətrafında tapşırıqlar verib.

 

Modulun benefisiarları olan gənclər sonda tədqimatla çıxış edərək öz fikirlərini bölüşüblər.   

 

 

 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023